Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazandı

Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa çempionatına start verilib. 

 

Sportinfo.az xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova Bolqarıstan və Rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

 

O, finala gedən yolda xorvatiyalı idmançıya uduzaraq yarışı bürünc medalla başa vurub. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib.

 

Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.

Tarix: 11 May 00:40    Oxunub: 309    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.