Qəbələdə stend atıcılığı üzrə beynəlxalq turnirin ilk təsnifat mərhələsi

Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları davam edir.

 

Sportinfo.az xəbər verir ki, mayın 9-da qadın və kişilər arasında səngər stend yarışlarının ilk təsnifat mərhələsi keçirilib.

 

Bu yarışda 8 ölkədən 33 idmançı 125 hədəfdən 75-nə atəş açıb. Dünyanın tanınmış atıcısı olan rusiyalı olimpiya çempionu Aleksey Alipov 75 hədəfin hamısını uğurla vuraraq turnir cədvəlində birinci olub.

 

Hazırda xal hesabına görə öndə gedən 6 idmançıdan 3-ü Rusiya, biri İran, ikisi Azərbaycanı təmsil edir. Tamerlan Məmmədov 71 xalla 2-ci, Əli Hüseynli 70 xalla 4-cü sıradadı.

 

Qadınların yarışında isə Ukrayna atıcısı Alyona Axotska 75 hədəfdən 68-ni vuraraq turnir cədvəlində birinci yerdə qərarlaşıb. Bu yarışda Azərbaycan atıcısı Aydan Camalova və rusiyalı Nataliya Zvaqinseva 67 xalla 2-ci sıradadır.

 

Mayın 10-da bu yarışların ikinci mərhələsi üzrə daha 50 hədəfə atəş açılacaq və finalçılar məlum olacaq. Həmin gün eyni zamanda dairəvi stend atıcılığı üzrə idmançıların məşq prosesi olacaq.

 

“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir.

 

Azərbaycanı bu mötəbər yarışda 26 idmançı təmsil edir. Səngər stend yarışlarında 3, dairəvi stend yarışlarında isə 4 gənc idmançımız iştirak edir. Beynəlxalq Qran-pri yarışlarında dünyanın tanınmış idmançıları ilə birgə bizim gənc atıcıların da yarışması onların yaxşı təcrübə toplamasına imkan yaradır.

 

Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Atıcılığın səngər və dairəvi stend növləri üzrə keçirilən bu yarışda gənclər, kişilər və qadınlar mükafatlar uğrunda mübarizə aparır. Yarışın rəsmi açılış mərasimi mayın 10-da olacaq.

Tarix: 10 May 10:24    Oxunub: 329    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.