"Qəbələ"ni gəlib keçdilər

Dünən “Boulevard U-15 Liqası"nda 26-cı turdan təxirə İOEUGİM - «Vətən» oyunu keçirilib.

 

Sumqayıtda, Mehdi Hüseynzadə adına stadionda baş tutan oyunda «Vətən» 2:1 hesabı ilə qalib gəlib.

 

Oyunda hesab 11-ci dəqiqədə açılıb. Çempionatın bombardiri Elvin Abdullayev fərqlənib. Meydan sahiblərinin cavabı 27-ci dəqiqədə gəlib.

 

Nihal Ağayev penaltidən hesabı bərabərləşdirib. «Vətən» qələbə topunu fasilədən sonra vurub. 44-cü dəqiqədə Şahin Kərimli 3 xalın taleyini həll edən qola imza atıb.

 

Qələbə sayəsində «Vətən» «Qəbələ»ni keçərək liderliyə yüksəlib. İndi hər iki komandanın aktivində 62 xal var. Amma şəxsi görüşlərə görə «Vətən» birinci yerdə qərarlaşıb.

 

Çempionatın başa çatmasına 2 tur qalıb. Bundan başqa çempionluq uğrunda mübarizə aparanların ehtiyatda təxirə düşmüş 1 oyunları var. Qalan 3 oyunda «Vətən» «Neftçi» və «Zirə» (təxirə düşmüş oyun) ilə evdə oynayacaq.

 

Sonuncu turda isə «Qarabağ»ın qonağı olacaq. «Qəbələ» isə «Səbail» səfərindən sonra «Neftçi» (təxirə düşmüş oyun) və «Viləş»i qəbul edəcək.

 

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 30 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 26 qol.

 

«Het-trik news» qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 10 May 00:20    Oxunub: 336    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.