Bakıdakı qalmaqalla bağlı müraciətə baxmaqdan imtina olundu

“Uillyams” Azərbaycan qran-prisində bir neçə qalmaqala təkrar baxılması üçün müraciət etmişdi.

 

Sportinfo.az xəbər verir ki, komandaya stüardlardan rədd cavabı gəlib.

 

Bu, yarış kollektivində şəraitin qiymətləndirilməsinə təsir edəcək prinsipial cəhətdən yeni və bugünədək bilinməyən faktların olmamasıdı.

 

Hakimlər ispaniyalı Fernando Alonsonun əzilmiş “Maklaren”də qaraja qayıtmasını təhlükəsiz və qaydalara zidd olmayan hərəkət hesab ediblər.

 

“Haas”ın danimarkalı sürücüsü Kevin Maqnussenin 10-saniyəlik cəriməsi isə onun keçmişdəki eyni insidentləri və sanksiyaları nəzərə alınmaqla, hakimlər tərəfindən tutarlı cəza kimi qiymətləndirilib.

 

Referilər ilk dairədə rusiyalı Sergey Sirotkin, Fernando Alonso və alman Niko Hyulkenberq (“Renault”) arasında baş vermiş insidentə də yenidən baxmaqdan imtina ediblər.

 

Onlar bunu “Uillyams”ın göstərilən vəziyyətlə bağlı reqlamentdə ayrılmış müddətdə etiraz etməməsi ilə əlaqələndiriblər.

Tarix: 9 May 18:00    Oxunub: 402    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.