5 qat dünya çempionu itini xilas etmək istədi, göldə boğuldu

Belçikada müalicəvi göldən motokros yarışları üzrə beş qat dünya çempionu Erik Qeborsin meyiti tapılıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

 

Nəşrin informasiyasına görə, idmançının cansız bədənini sudan xilasedicilər çıxarıb. Gebors mayın 6-da  həyat yoldaşının ona hədiyyə etdiyi küçüyü xilas etmək məqsədi ilə buzlu gölə baş vurmuş və yoxa çıxmışdı.

 

55 yaşlı Gebors hər üç kateqoriya: 125, 250 və 500 sm3  üzrə çempion olmuş yeganə motokrosmendi.

Tarix: 9 May 14:36    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.