Milli Qəhrəmanın xatirəsinə həsr olunan beynəlxalq yarış

Mayın 22-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan Qaradəniz və Xəzəryanı ölkələrin karateçiləri arasında çempionat keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, "Sərhədçi" Olimpiya İdman Mərkəzində üç gün davam edəcək yarışda 10-dək ölkənin idmançılarının iştirakı gözlənilir. 

 

Xatirə turniri üç gün ərzində müxtəlif çəkilərdə 6 yaşlı uşaqlardan veteran idmançılaradək çıxışları əhatə edəcək.

 

Mayın 8-də - Aqarunovun şəhid olduğu gün döyüş yoldaşları Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, xatirələrini bölüşüblər.

 

Xatirə yarışının həmtəşkilatçısı Azərbaycan Milli Karate Federasiyasını (AMKF) tədbirdə Media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov və "Arpaçay" karate klubunun prezidenti Yavər Hüseynov təmsil edib.

 

Mərasim üçün İsraildən təşrif buyuran şəhidin qardaşı Rantik Aqarunov və yəhudi icmasının nümayəndələri, həmçinin Aqarunovun döyüş yoldaşları, onun xatirəsini yad etmək məqsədilə təşkil olunan turnirə görə Gənclər və İdman Nazirliyinə, eləcə də AMKF-ə minnətdarlıq ediblər.

Tarix: 9 May 00:00    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.