"Oyun alıb-satanları komandamın yaxınlığına da buraxmıram"

«Bizim komandada oyun alıb-satan futbolçu yoxdu, ola da bilməz».

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Ağsu»nun baş məşqçisi Rüfət Quliyev deyib.


Aran klubu I Divizionda ən zəif mövsümünü keçirir. Daim medalçılar sırasında görməyə alışdığımız «Ağsu» sona 1 tur qalmış 25 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində məskunlaşıb. Cari «futbol ili»ni elə bu yerdə bitirəcəkləri dəqiqdi, çünki üst sırada yer alan «Mil-Muğan»ın xalı 30-du.

 

R.Quliyevin bildirdiyinə görə, komanda mövcud maliyyə imkanlarına uyğun formalaşıb. O, uğursuzluğu şəraitin zəifləməsi ilə əlaqələndöirib:

 

«Ağsu» yarandığı il çempion oldu. Ötən illərdə gümüş medallar da qazanmışıq, bürünc də. Ən pis nəticəmiz 4-cü yer olub. İndi isə turnir cədvəlinin aşağısındayıq. Əvvəllər vəziyyət bir az başqa cür idi, kənardan futbolçular gətirə bilirdik.

 

Bu imkan hazırda yoxdu. Özümüzküləri güclə saxlayırıq, qaldı başqa yerdən kimlərisə çağırmaq. Onda beləydi ki, dəvət göndərdiyimiz uşaqlar bura həvəs göstərirdi. İndi dediyimiz məbləğə razılaşmırlar, daha çox pul istəyirlər.

 

Mən də fikirləşdim ki, «Ağsu»nu tanıyan futbolçularla yola davam etməliyəm. Artıq baxıram ki, yox, daha alınmır, güvəndiyim futbolçuların bir çoxu potensialından aşağı çıxış etdi. Mən bunun səbəbini komandada kifayət qədər futbolçunun olmamasında görürəm.

 

Gərək yayda komandada ciddi islahat aparaq. Ümidlərimi doğrultmayanlar çox oldu. Amma mən adım kimi əminəm ki, heç bir futbolsumuz o cür işlərdə iştirak etməyib.

 

Kimlərin adları həmin işlərdə hallanıbsa, mən onları komandamın yaxınına da buraxmamışam. Ola bilməz, əmin olun. Çünki futbol ictimaiyyəti mənim necə bir insan olduğumu yaxşı bilir. Həmişə çalışmışam ki, öz adımın təmizliyini qoruyum.

 

Oyun alıb-satan, «stavka» oynayan futbolçular futbola ləkə vurur. «Ağsu» haqda belə şeylərin yazılmasına demək olar rast gəlməmişəm. Bir-iki dəfə xırda-para yazıblar, onda da ehtimal irəli sürüblər.

 

Fakt varsa, qoy yazsınlar. «Ağsu»nun adını kimsə yalandan belə məsələlərdə hallandırmasın. İmkanlarımız geniş deyil, məhdud büdcə ilə oynayırıq, ona görə də komandanın bu cür nəticələr əldə etməsi normaldı».

Tarix: 8 May 18:00    Oxunub: 657    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.