Azad Rəhimovun oğlu Vergilər Nazirliyini məhkəməyə verdi

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırıb.

 

Sportinfo.az xəbər verir ki, cavabdeh kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb.

 

Şirkət nazirliyin vergi yoxlamarı ilə bağlı "müəyyən hərəkətləri etməkdən çəkinmə”sini tələb edib. İlk olaraq nazir oğlunun şikayətinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. A.Rəhimovun şirkətinin şikayəti qismən təmin edilib.

 

Nazirlik isə qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə baxılır.

 

Bakı şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycanda "Formula 1 Qran Prisi” yarışlarını keçirir.

Tarix: 8 May 14:00    Oxunub: 445    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.