“İstəyirdik ki, könüllü qayıtsın"

4 may 2018-ci il tarixdə Ukrayna Baş Prokurorluğu Ali Radanın deputatı Mustafa Nayemə bədən xəsarətləri yetirilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa elan olunmuş Ukrayna vətəndaşı Maqomed Saitovun həmin ölkəyə ekstradisiya edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

 

Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, M.Saitov 30 aprel 2018-ci ildə Kiyev-Bakı reysi ilə Ukrayna ərazisini tərk edib, mayın 2-də isə Kiyev şəhəri Şevçenko rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

 

Sportinfo.az xəbər verir ki, M.Saitov Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı şəhərində müəyyən edilərək prokurorluğa təqdim edilib və hazırkı vaxtadək ekstradisiya sənədləri daxil olmadığından barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd olunan sənədlər Azərbaycan tərəfinə təqdim edildikdən sonra şəxsin Ukraynaya verilməsi məsələsi ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və milli qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

 

Kiyevdə Ali Radanın “Pyotr Poroşenkonun bloku” fraksiyasından deputatı Mustafa Nayemin döyülməsində şübhəli bilinən “BoomBox Promotions” promouter şirkətinin həmtəsisçisi Məhəmməd-Əmin Saitov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən sərbəst buraxılıb.

 

Bu barədə Ukrayna KİV-lərinə aprelin 30-da Bessarabiya bazarının yaxınlığında parlament üzvü ilə münaqişəyə girmiş çeçen gənclərin maraqlarını təmsil edən vəkil İqor Siniçenko bildirib.

 

Onun sözlərinə görə, Saitov doğrudan da saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Özü də bu, “iki-üç gün əvvəl” olub və xuliqanlıqda şübhəli bilinənlərin vəkillərinə bu barədə mayın 5-də axşam məlum olub.

 

Vəkil iddia edir ki, Azərbaycanda Saitov barəsində qətimkan tədbiri seçilməsi barədə heç bir məhkəmə iclası keçirilməyib. “O, Ukrayna tərəfinin müvafiq sənədləri təqdim etmədiyinə görə sərbəst buraxılıb. Hazırda Saitov azadlıqdadır” – Siniçenko qeyd edib.

 

O vurğulayıb ki, bu “o demək deyil ki, Məhəmməd-Əmin indi gizlənməyə hazırlaşır”. “İstəyirdik ki, Məhəmməd-Əmin özü qayıtsın, lakin indi o, ekstradisiya proseduru başlayana kimi çətin ki, Azərbaycanı tərk edə bilsin. Faktiki olaraq, yerli güc strukturlarının nümayəndələri özləri onun qayıtmasını sürətləndirməyə mane olublar”, - vəkil əlavə edib.

 

Siniçenko dəqiqləşdirib ki. Ukrayna tərəfinin Azərbaycan hüquq-mühafizə orqanlarına hansı sənəd zərfini göndərməsindən asılı olaraq çeçen gəncin vəkilləri qərar verəcəklər – şübhəlinin Kiyevə könüllü ekstradisiyasına razılıq versinlər, ya yox.

 

Virtualaz.org-un daha öncə bildirdiyi kimi, aprelin 30-da Kiyevin mərkəzində ukraynakı deputat Mustafa Nayemə hücum olub. Hücum edənlərdən biri – 29 yaşlı çeçen əsilli Ukrayna vətəndaşı Məhəmməd-Əmin Saitov hadisədən bir neçə saat sonra Bakıya uçub.

 

O, 2-4 may tarixlərində Bakıda keçirilmiş boks turnirində iştirak edib. Daha sonra Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirmişdi ki, Azərbaycan polisi Ukrayna tərəfinin sorğusuna müvafiq olaraq, Məhəmməd-Əmin Saitovu Bakıda saxlayıb.

Tarix: 8 May 10:48    Oxunub: 436    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.