“Səbail” “Zirə”yə "3" verdi

Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 26-cı turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, şərikli lider olan “Səbail”lə “Qəbələ” turu qələbə ilə başa vurub.

 

“Səbail” doğma meydanda “Zirə”yə böyük hesabla qalib gəlib. “Qəbələ” isə evdə “Keşlə”ni minimal hesabla üstələyib.

 

İlk oyun günündə “Kəpəz” doğma meydanda “Sumqayıt”a 0:2 hesabıyla uduzmuşdu.

 

“Qəbələ” – “Keşlə” 1:0

Qol: Hacıağa Hacılı, 36.
Hakimlər: Etibar Həsənov, Elmin Süleymanov, Rahin Heybətov, Vüsal Əliyev
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 16:00

 

“Səbail” – “Zirə” 3:0
Qollar: Ürfan İsmayılov, 52. Xaliq İbrahimov, 56. Emil Həsənzadə, 60.
Hakimlər: Elgün Hüseynov, Teymur Teymurov, Müslüm Mövludov, Kamal Umudlu
Bakı. “Bayıl Arena”, 16:00

Tarix: 7 May 15:24    Oxunub: 405    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.