"Qəbələ"li dünya çempionudu!

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov növbəti titulunu qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib.

 

O, bu uğuruna Bakıda təşkil edilən Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb. 84 kq çəki dərəcəsində çıxış edən Abbasov kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb.

 

5 raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan Bəxtiyar qarşılaşmanı vaxtından əvvəl başa vurub. O, 4-cü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.

 

“Qəbələ”nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. 70 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə qarşılaşıb. Bərabər mübarizə şəraitində keçən 3 raundluq reytinq döyüşü heç-heçə ilə nəticələnib.

Tarix: 6 May 23:24    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.