"Qəbələ"li Bəxtiyar Abbasov dünya çempionu kəməri uğrunda döyüşəcək

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnir keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, MMA GEFC Global (Grand European Fighting Championship) çərçivəsində təşkil olunan turnirdə 11 döyüş baş tutacaq.

 

“Elektra Events Hall”da keçiriləcək turnirdən bir gün öncə ənənəvi çəki mərasimi təşkil olunub. Tədbir “Park Bulvar”da keçirilib.

 

“Qəbələ” İdman Klubunun iki təmsilçisi bu gün baş tutacaq döyüşlərdə qüvvəsini sınayacaq. 70 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə qarşılaşacaq.

 

“Qəbələ”nin digər təmsilçisi Bəxtiyar Abbasov isə gecənin əsas döyüşündə çempionluq kəməri uğrunda mübarizə aparacaq.

 

84 kq çəki dərəcəsində çıxış edən idmançımız günün son qarşılaşmasında braziliyalı Joze Eudes Tavareslə üz-üzə gələcək. Bu döyüşün qalibi MMA GEFC dünya çempionu tituluna yiyələnəcək. Turnir saat 19:00-da başlayacaq.

Tarix: 5 May 16:48    Oxunub: 278    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.