Ağayev indi Serbiyaya gedir

Mayın 10-da Serbiyanın Novi Sad şəhərində start götürəcək karate üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, 4 gün davam edəcək çempionatın fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) iştirak edəcək.

 

Komanda kumite yarışlarında Turqut Həsənov, Asiman Qurbanlı və Rafiz Həsənov da əsas heyətə qatılacaq.

 

Qadınlar isə eyni heyətlə komanda çıxışlarında mübarizə aparacaq. Komanda kata yarışlarında Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət heyət tatamiyə çıxacaq.

 

Mayın 9-da Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. EKF İdarə Heyətinin üzvü, AMKF-nin prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcək.

 

Avropa çempionatına 52 ölkədən 532 idmançı qatılacaq. Beynəlxalq hakimlər Cahangir Babayevlə Vüqar Hüseynov da yarışın hakimləri arasında olacaq.

Tarix: 5 May 17:48    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.