Avropa çempionatında 15 nəfərtə təmsil olunacağıq

Mayın 10-da Rusiyanın Kazan şəhərində start götürəcək taekvondo üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, yığma dörd gün davam edəcək yarışa qurumun vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında 15 taekvondoçu ilə yollanır.

 

Çempionatda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) mübarizə aparacaq.

 

Qadınların baş məşqçisi Elnur Amanov isə Fatemeh Shabannia Mansour (46 kq), Patimat Abakarova (49 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyanichandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zahra Fazel Kalkhorana (+73 kq) şans verib. Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev Avropa çempionatında ölkəmizi təmsil edəcək. 

Tarix: 4 May 21:00    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyul 2018
17 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.