FOTO - Fərrux İsmayılovun komandasından möhtəşəm qələbə!

Dünən U-16 Liqasında 30-cu turun oyunları keçirildi.

 

Turun mərkəzi qarşılaşması «Neftçi Baza»da baş tutdu. «Vətən» çempionluğunu rəsmiləşdirən «Qəbələ»ni qəbul etdi.

 

Fərrux İsmayılovun komandası qonaqları 4 cavabsız qolla məğlub etdi. Bununla da «Vətən» «Zirə»nin məğlubiyyətindən istifadə edərək 2-ci yerdəki mövqeyini bir qədər də möhkəmləndirdi.

 

Çempionatın başa çatmasına 3 tur qalmış «məktəblilər» ən yaxın izləyicisini 6 xal qabaqlayır. Bu isə o deməkdir ki, «gümüş» böyük ehtimalla «Vətən»in olacaq.

 

Bəs bürünc medallar kimə qismət olacaq? Üçüncülük uğrunda gərgin mübarizə gedir. «Zirə», «Keşlə» və «Neftçi»nin aktivində 47 xal var. Bu komandaların öz aralarındakı oyunlara görə ən yaxşı göstəriciyə sahib «Keşlə» üçüncü pillədədi.

 

31-ci turda «Keşlə»nin «Zirə», «Neftçi»nin isə «Qəbələ» ilə səfərdə oynayacağını nəzərə alsaq, bürünc medalların taleyi haqqında indidən proqnoz verməyin nə qədər çətinliyini göstərmiş olarıq. Maraq üçün son 3 turun təqvimini təqdim edirik:

 

31-ci tur (10 may)

«Səbail» - «Neftçi» İK İB

«Zirə» - «Keşlə»

«Qəbələ» - «Neftçi»

«Turan» - «Vətən»

«Kəpəz» - «Qarabağ»

 

32-ci tur (17 may)

«Vətən» - «Kəpəz»

«Neftçi» - «Turan»

«Keşlə»- «Qəbələ»

«Neftçi» İK İB – «Zirə»

«Sumqayıt» - «Səbail»

 

33-cü tur (24 may)

«Zirə» - «Sumqayıt»

«Qəbələ» - «Neftçi» İK İB

«Turan» - «Keşlə»

«Kəpəz» - «Neftçi»

«Qarabağ» - «Vətən»

 

Bombardir: Emil Quluzadə («Vətən») – 24 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 4 May 11:00    Oxunub: 367    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.