Prezident Şəkidə milli komandanın üzvləri ilə görüşdü

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Şəki şəhərində təlim-məşq toplanışında olan milli komandanın üzvləri ilə görüşüb.

 

Sportinfo.az-ın federasiyanın saytına istinadən verdiyi məlumata görə, o, Şəki Olimpiya İdman Kompleksində bir həftəlik hazırlıq keçən idmançıların məşqlərini izləyib və komanda heyəti ilə iclas keçirib.

 

Tədbirdə qarşıdakı Avropa çempionatına son hazırlıq mərhələsindən danışılıb. Federasiya rəhbəri 10-13 may tarixlərində Serbiyanın Novi Sad şəhərində qitə çempionatında milli komandaya uğurlar arzulayıb.

 

Görüşdə Azərbaycan Şotokan Karate Federasiyasının (AŞKF) 1-ci vitse-pezidenti Vilayət Əmirov və Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov da iştirak edib.

 

Y.Bəşirov karateçilərin məşqləri üçün yaradılmış şəraitə görə kompleksin rəhbərliyinə və V.İskəndərova minnətdarlığını bildirərək ona Federasiyanın yaranmasının 20 illik yubileyi münasibətilə xatirə medalını təqdim edib.

 

Şəkidə təlim-məşq toplanışı başa çatdıqdan sonra idmançılar daha bir həftə paytaxtdakı təlim-məşq bazasında hazırlıqları davam etdirəcəklər.

Tarix: 2 May 08:12    Oxunub: 301    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.