Azərbaycan yığmasının üzvü Türkiyədə çempion oldu

Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı davam edir. Sportinfo.az-ın məlumatına görə, yarışın 3-cü günü Azərbaycan idmançıları daha 3 medal qazanıblar. Belə ki, “Gilan” Taekvondo Klubunun üzvləri Fizam Mehdiyevlə (58 kq) Ayxan Tağızadə (68 kq) ölkəmizə qızıl medal qazandırıb.

 

Onlar müvafiq olaraq finalda Saqiniş Şimirbay (Qazaxıstan, “Bars”) və Fahd Zaouyaqa (Hollandiya, “Seonqonq”) qalib gəliblər. Meydiyevlə Tağızadəndən fərqli, Mikayıl Əliyev (“Azəri” TK) çempionluğun bir addımlığında büdrəyib.

 

54 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə seneqallı Mustafa Kamaya (“Friedrixşafe”n) uduzaraq, gümüş medalla kifayətlənib. Bununla da Azərbaycan klublarının qazandıqları medalların sayı 25-ə çatıb. Taekvondoçularımız hələlik 7 qızıl, 8 gümüş və 9 bürünc mükafata yiyələniblər. Yarış bu gün başa çatacaq.

Tarix: 9 Fevral 13:48    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 İyun 2017
28 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.