Azərbaycan yığması Afrika kubokunda nə qazandı? - FOTOLAR

Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.

 

Sportinfo.az xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.

 

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Aytac Qardaşxanlı (48 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), Vüqar Talıbov (66 kq), Hacıbala Cəbrayılov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Hüseyn Məmmədov (+90 kq) gümüş, Ülviyyə Bayramova (52 kq), Məsməxanım Quliyeva (70 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) bürünc medal qazanıb.

 




Tarix: 29 Aprel 13:20    Oxunub: 240    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.