Rəşad "Çalışacağıq ki, Bakı-2017-yə ən güclülər qatılsın"

İslam həmrəyliyi oyunlarının taekvondo yarışı mayın 16-18-də Bakı İdman Sarayında keçiriləcək. Sportinfo.az xəbər verir ki, rəqabətədə 40-dək ölkənin milli komandasının iştirakı təsdiqlənib. Ustalardan ibarət yığmamızın böyük məşqçisi Rəşad Əhmədov Bakı-2017-yə hazırlıqla bağlı Azərtac-a müsahibə verib.

 

Gənc mütəxəssis deyib ki, ümumilikdə 300-ə yaxın kişi və qadın taekvondoçununİslam həmrəyliyi oyunlarında iştirak etməsi təsdiqlənib və bu say getdikcə artır: Dünya Taekvando Federasiyasının yarış cədvəlinə uyğun olaraq, fevralda Türkiyədəki turnirdən sonra yığma komanda martda Niderlandda və Belçikada keçiriləcək beynəlxalq yarışlardan birinə qatılmağı planlaşdırır.

 

Həmin turnirlərdə yüksək nəticə göstərən idmançılar ilin ən mühüm yarışında – İslam həmrəyliyi oyunlarında iştirak edəcəklər. Biz məşqçilər çalışacağıq ki, Bakı-2017-də Azərbaycanı ən güclü idmançılarımız təmsil etsin. Bu oyunlardan sonra ilin ən vacib yarışlarından biri iyunda Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatı olacaq.

 

Taekvondo yarışlarında yeni qaydalarla bağlı danışan Rəşad Əhmədov bunu deyib: “İdmanın bu növündə xalların hesablanması, məşqçilərin döyüş vaxtı kart çıxarması ilə bağlı bəzi dəyişikliklər edilib. Yeni qaydalarla bağlı federasiyanın baş hakimi ilə birgə iclas keçirmişik və idmançılarımız bu barədə məlumatlandırılıb. Türkiyədəki turnirdə yığma komandamızın üzvləri qaydalara edilən dəyişikliklərlə tanış olacaqlar. Bu qaydaların Azərbaycan idmançılarının xeyrinə olacağını düşünürəm”.

Tarix: 9 Fevral 12:12    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.