"Çelsi"nin qapıçısı Bakıya gəlməkdən qorxdu, yoxsa..?

4 may tarixində Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq.

 

Sportinfo.az xəbər verir ki, “AS Qrup İnvestment” şirkətlər qrupunun dəstəyi, “BoomBox” şirkətinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında keçiriləcək boks gecəsində tam 4 titul uğrunda döyüşlər baş tutacaq.

 

Dünyanın 5 ölkəsindən 10-dan çox boksçu arasında döyüşlərdə WBC Youth (Dablyu-Bi-Si Gənclər), IBF International ( Ay-Bi-Ef Beynəlxalq), WBA Continental (Dablyu-Bi-Ei Qitə)  WBA Inter-Continental (Dablyu-Bi-Ei Qitələrarası) kateqoriyaları üzrə çempionlar müəyyənləşəcək.

 

Gecənin əsas döyüşündə azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğurunda rinqə çıxacaq. Əvvəlcə onun rəqibi britaniyalı Tey Linn olaraq təsdiqlənmişdi. Lakin daha sonra əcnəbi boksçu belində olan zədəyə görə döyüşdə iştirak edə bilməyəcəyini bildirdi. Ramilin rəqibi olaraq isə dünya reytinqində Top 100-də olan Mateo Veron seçilib.

 

Lin “Çelsi”nin sabiq qapıçısı olub. Bu barədə 23 yaşlı boksçunun özü “The Sun”a müsahibəsində bildirib. O, 16 yaşına qədər futbolla məşğul olduğunu, “Çelsi” ilə yanaşı, İngiltərənin “Kristal Pelas” və “Çarlton” komandalarının qapısını qoruduğunu bildirib.

 

Britaniyalı boksçu döyüş təklifini maraqlı formada aldığını qeyd edib. Cons tanımadığı şəxsin ona sosial şəbəkə vasitəsilə müraciət etdiyini söyləyib:

 

“Facebook”da bir əcnəbi şəxsdən mesaj aldım. Sosial şəbəkədə bizim ortaq dostumuz yox idi. Təsadüfi ismarıcları tez-tez almadığım üçün cavab verdim. “Sənin üçün başqa ölkədə döyüş var, istərdin?”, - deyə soruşdu.

 

Onun sözlərini inandırıcı hesab etdiyim üçün mənim çıxış etdiyim “MTK Global” komandasının əlaqə nömrəsini verdim və söhbəti unutdum.

 

Təxminən, 3 həftə sonra zəng etdilər ki, mənim üçün təklif var. Döyüş təklifini qəbul edəndə, Azərbaycanın Avropada olduğunu düşünürdüm. Oranın bu qədər uzaqda yerləşdiyini zənn etmirdim. Amma bu, yaxşı imkandı”...

 

Həmin gün məşhur rusiyalı qardaşlar Həsən və Hüseyn Baysanqurov qardaşları öz titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar WBA və IBF üzrə 3 titul uğrunda döyüşəcəklər. Həsən WBA Continental versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq.

 

Onun böyük qardaşı Hüseyn isə özünün IBF International versiyası üzrə çempionluq kəmərini və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobosla döyüşəcək.

 

Bu döyüşlərdən əlavə də maraqlı daha 5 qarşılaşma keçiriləcək. Boks turnirlərində rast gəlinən ənənəvi və məşhur şoularla birlikdə proqramın 5 saatadək davam etməsi gözlənilir.

 

Bütünproqram “İdman Azərbaycan” kanalı vasitsilə canlı yayımlanacaq. Həyəcanı daha yaxından hiss etmə və Bakıdakı ilk beynəlxalq boks turnirinin canlı şahidi olmaq istəyənlər isə biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilər.

Tarix: 28 Aprel 10:00    Oxunub: 440    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.