Teymur və Şəhriyar ağ, Rauf qara fiqurlarla oynayır - Superturnir

 Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri keçiriləcək.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov ağ, Rauf Məmmədov qara fiqurlarla oynayacaq.

 

Rəcəbov rusiyalı Sergey Karyakinlə, Məmmədyarov çexiyalı David Navara ilə qarşılaşacaq. Məmmədovun rəqibi isə çinli Dinq Liren olacaq. 

 

Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)

Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa)

Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç)

Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya)

 

7 turdan sonra Maqnus Karlsen 4,5 xalla birinci pillədə qərarlaşıb. Aniş Giri, Dinq Liren və Veselin Topalov hərəyə 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.

 

Teymur Rəcəbov, Sergey Karyakin və Rauf Məmmədov hərəyə 3,5 xalla 5 - 7-ci, Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek hərəyə 3 xalla 8-9-cu yerdədi. 2 xala malik David Navara isə sonuncudur. "ShamkirChess 2018"ə aprelin 28-də yekun vurulacaq. 

Tarix: 27 Aprel 10:36    Oxunub: 382    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.