Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti

Rusiyanın Kaspiysk şəhərində keçiriləcək Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, qonşu ölkəyə Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Murtuzalı Müslimov (70 kq), Coşqun Əzimov (74 kq) Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (92 kq), Nurmaqomed Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) yollanacaq.

 

Eyni zamanda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti olan baş məşqçi Firdovsi Umudova məşqçi qismində Zəlimxan Hüseynovla Arif Abdullayev kömək edəcəklər.

 

Sərbəst güləşçilərin mübarizəsi 4 - 6 mayda keçiriləcək. Hazırda Olimpiya Güləş Mərkəzində İtaliya millisi də Azərbaycan yığması ilə birgə toplanışdadı. 

Tarix: 27 Aprel 10:24    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.