Məşhur qadın aparıcılar futbola görə DÜŞMƏN OLDULAR

Türkiyənin iki məşhur qadın aparıcısı – Esra Erol və Müge Anlı futbol üstündə mübahisə edib.

 

Sportinfo.az xəbər verir ki, son “Fənərbağça” – “Beşiktaş” derbisində çıxan olaylar aparıcıları bir-birinə düşmən edib.

 

“Fənər” azarkeşi Müge Anlı derbidə çıxan davalarda “Beşiktaş”ı ittiham edib. O, “futbolçular gedib azarkeşə hücum etməyəcəklər. Sən futbolçusan. Azarkeş hər şeyi söyləyə bilər” deyib.

 

Qatı "Beşiktaş"lı olan Esra Erol isə həımkarının bu ifadələrinə sərt reaksiya verib: “Onların da hissləri var. Bir futbolçunun ölmüş anasına söymək bizim ənənəmizdə yoxdur”.

 

Esra Erolun bu sözlərindən sonra sakit dura bilməyən M.Anlı “A Spor” kanalının canlı yayımına zəng edib və ifadələrinin yanlış anlaşıldığı deyib. O, sözlərinin “Beşiktaş” komandasının futbolçularına deyil, bütün futbolçulara aid olduğunu bildirib.

 

Türkiyə kuboku çərçivəsində keçirilən derbidə “fənər”li azarkeşlər “Beşiktaş”ın qapıçısı Tolqa Zenginin anasına ağır söyüşlər söyüb. Qapıçı isə azarkeşlərə etiraz edərək anasının öldüyünü deyib.

 

Qarşıdurmanın qarşısını almaq istəyən baş məşqçi Şenol Güneş azarkeşlərin hücumuna məruz qalıb. Tribuandan atılan dəmir alışqan baş məşqçinin başını yarıb və o, xəstəxanaya aparılıb.

Tarix: 27 Aprel 01:00    Oxunub: 686    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.