ÇL-in finalına nə qədər xərcləyib, nə qədər qazanacaq?

Kiyev şəhər merliyinin Çempionlar Liqasının finalı üçün gəlir və xərcləri barədə məlumat verilib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko verib.

 

O, bildirib ki, şəhər büdcəsinə ÇL-in finalından 1 milyard qriven gəlir daxil olacaq: “Bəli, qərar qəbul olunub ki, ÇL-in final qarşılaşması üçün şəhər büdcəsindən 25 milyon qriven ayrılsın.

 

Bu pul stadionun yenidən qurulması üçün deyil, şəhərin UEFA qarşısında öhdəliklərini yerinə yetirməsi üçün sərf olunacaq.

 

Bura Kiyevin brendləşməsi, əlavə informasiya materialları və oxşar imic əşyaları daxildi. Və nəhayət, Kiyev şəhər büdcəsi ÇL-in final oyunundan 1 milyard qriven gəlir əldə edəcək. Etiraf edək ki, bu qədər gəlir üçün 25 milyon xərcləməyə dəyər”.

Tarix: 26 Aprel 21:00    Oxunub: 515    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.