"Qarabağ" 3 yeni legionerlə razılığa gəldi – TRANSFER BAZARI

«Qarabağ»ın direktoru Əmrah Çəlikəl bugünlərdə mətbuata verdiyi açıqlamalarda yay transfer bazarlığı haqda danışıb.

 

Klubun son illərdəki uğurlarında böyük pay sahibi olan funksioner hədəflərinin dəyişmədiyini bildirib.

 

Sitat: «Biz həmişə bacara bildiyimizin ən yaxşısını etmək niyyətindəyik. Düşünürəm ki, bu vaxta qədər də bunu etmişik. İndi də hədəflərimiz dəyişmir. Ən yaxşı nəticə nədirsə, onu da əldə etməyə çalışacağıq.

 

"Qarabağ"da əksər futbolçuların müqavilələri başa çatır. Müqavilələrinin uzadılması istiqamətində danışıqlara başlamışıqmı? Bu, baş məşqçinin səlahiyyətində olan məsələdi. Hər şey onun istəyi ilə həyata keçir. Hələ ki, çempionat davam edir.

 

Çempionat başa çatmamış belə məsələlərə diqqət ayırmayacağıq. Transferlərlə bağlı işlər gedir. Çempionat yekunlaşandan sonra bəzi məsələlər aydın olacaq. Baş məşqçi və köməkçiləri hər zaman öz istəklərini söyləyirlər.

 

Daim görüşdüyümüz futbolçular və menecerlər var. Bunlardan bəziləri yaxşı nəticələnə bilər. Eləsi də var ki, danışıqlar davam edir. Ancaq çempionat qurtarmamış bu barədə danışmaq düzgün olmaz».


Sportinfo.az Ağdam təmsilçisinin transfer çalışmaları ilə bağlı yeni məlumat əldə edib.

 

Redaksiyamıza daxil olan informasiyaya görə, Q.Qurbanovun istədiyi legionerlərdən 3-ü ilə anlaşma əldə olunub. Onların hazırda klubları ilə müqavilələri davam etdiyindən, yalnız ön prtokol anlaşmaya imza atılıb.

 

Bu üzdən adları gizli saxlanılır. Sadəcə, razılığa gəlinən əcnəbi futbolçulardan 2-nin kifayət qədər tanınmış olduğu bildirilir.

Tarix: 26 Aprel 20:36    Oxunub: 1275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.