“Real” onu itirdi - “Bavariya” ilə cavab oyununu buraxacaq

“Real” itki ilə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Dani Karvahal sıradan çıxıb.

 

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə səfər görüşündə zədələnən müdafiəçi 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Baldırından zədə alan Karvahal “Bavariya” ilə cavab oyununu buraxmalı olacaq. Bu barədə məlumatı İspaniyanın “Marka” nəşri yayıb.

 

"Bavariya” və “Real” arasında Münhendə keçirilmiş ilk matç ispanların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar arasında cavab görüşü mayın 1-də, Madriddə baş tutacaq.

Tarix: 26 Aprel 20:12    Oxunub: 420    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.