Federasiya bu klubun avrokuboklarda iştirakına qadağa qoydu

Qazaxıstan Futbol Federasiyası "Ordabası"nın avrokuboklarda iştirakına qadağa qoyub.

 

Sportinfo.az xəbər verir ki, federasiya 2018/2019 mövsümündə komandanın Avropa Liqasında iştirak etirak üçün müraciətini rədd edib.

 

Qərar federasiyanın sertifikatlaşdırma komissiyasının iclasında qəbul olunub. "Ordabası" maliyyə meyarlarının yerinə yetirilməməsi səbəbindən rədd cavabı alıb. Klub vergi orqanları və sosial fondlara borcların ödənilməsi üçün nəzərdə tutulan son tarixi pozub.

 

Ötən mövsüm "Ordabası" ölkə çempionatını 3-cü pillədə başa vurub. Mövsümü 4-cü pillədə başa vuran "Tobol" avrokuboklarda çıxış edəcək. 

Tarix: 26 Aprel 20:00    Oxunub: 538    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.