Muxtar Babayev nazir oldu - bəs AFFA-dakı işi necə olacaq?

Bilindiyi kimi, «Sumqayıt»ın Müşahidə Şurasının üzvü Muxtar Babayev bugünlərdə ölkə prezidentinin fərmanıyla ekologiya və təbii sərvətlər naziri təyin olundu.

 

«Azərikimya»nın keçmiş sədrinin klubdakı fəaliyyətini davam etdirib-etdirməməsi hələlik sual altındadı.

 

Bəs AFFA-dakı vəzifə? Babayevin Apellyasiya və Arbitraj Tribunalının sədri olmasını xatırladaq.

 

Federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla bununla bağlı Sportinfo.az-a deyib:

 

«Muxtar Babayev Apellyasiya və Arbitraj Tribunalının sədri kimi  ictimai əsaslarla fəaliyyət göstərib. Onun nazir ola-ola bu vəzifədə qalmasında heç bir məhdudiyyət yoxdu. İndiki məlumat odu ki, Babayev işini davam etdirir».

Tarix: 26 Aprel 19:48    Oxunub: 579    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.