Qəhrəman Əliyev: "Bura böyük axın var, hamı görür ki…"

Ötən yay qurulan və İskəndər Cavadovun adını daşıyan «Bakı» futbol akademiyası fəaliyyətini növbəti mövsümdə də davam etdirəcək.

 

Bu barədə Sportinfo.az-a akademiyanın baş koordinatoru Qəhrəman Əliyev məlumat verib.


Onun sözlərinə görə, hazırda mərkəzin nəzdində 5 yaş qrupu üzrə komanda formalaşdırılıb və onlarının sayının artırılması qərara adınıb:

 

«Minimum 1 yaş qrupu da açacağıq. Sonrakı məsələlər akademiyaya ayrılacaq büdcədən və münasibətdən asılıdı. Bu gün üçün onu deyə bilərəm ki, son vaxtlar bura axın başlayıb.

 

İndi 80-dan artıq uşağa futbolun sirlərini öyrədirik. Yeni gələnlərin sayı xeyli çoxdu. Akademiyanı açanda, vaxt və imkan çatmadı, odu ki, hərtərəfli seleksiya işi apara bilmədik. Bu dəfə isə hər baxışa gələni götürməyəcəyik, aralarından ən yaxşılarını seçəcəyik.

 

«Bakı» fəaliyyətini dayandırandan sonra çoxlarının xəbəri yox idi ki, Biləcəridəki bazada yeni akademiya yaradılıb. Uşaqlar, valideynlər bundan yeni-yeni xəbər tutublar. Akademiyanın adını eşidən gəlir indi. Hamısı görür ki,biz işə necə ciddi, məsuliyyətlə yanaşırıq.

 

14-15 yaşlı uşaqlar var, onlar futbolun sirlərini təzə-təzə öyrənməyə başlayır. Bu baxımdan, nəticə bizi maraqlandırmır. Əsas onun üstündə çalışırıq ki, normal futbolçu yetişdirək.

 

Bu uşaqlara normal futbol oynamağı öyrətməsək, yaxşı komanda yaratmaq qeyri-mümkündü. Paytaxtda açılan akademiyalar araısnda ən yaxşı şərait bizdədi. Ona görə də hesab edirəm ki, burdan yenə milli komandalar səviyyəsinə çoxlu uşaq yetişəcək».

Tarix: 26 Aprel 19:00    Oxunub: 637    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.