"Qarabağ”la oyunda zədə alan Rəşad "Sumqayıt"dan ayrı düşdü

Ötən tur “Qarabağ”la qarşılaşan “Sumqayıt” 2 günlük istirahəti başa vurub.

 

Sportinfo.az xəbər verir ki, "kimyaçılar" Samir Abasovun rəhbərliyi altında şəhər stadionunda məşqə çıxıb.

 

“Qarabağ”la qarşılaşmanın gedişində zədə alan Rəşad Eyyubov hazırlıq prosesində iştirak etməyib. Kapitan Vurğun Hüseynov isə zədəsini tam sağaldaraq komandaya qoşulub.

 

Bundan başqa, əvəzedici heyətdən bir neçə futbolçu məşq prosesinə cəlb edilib. Hazırlıq ərzində müxtəlif toplu çalışmalar edilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.  

 

“Sumqayıt” - “Səbail” qarşılaşması 29 aprel, saat 19:00-da Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Tarix: 26 Aprel 18:36    Oxunub: 391    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.