Azərbaycan Qran-prisi üçün 68 ölkədən bilet alınıb

"Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün biletlərin əksəriyyəti sahibini tapıb. 

 

Sportinfo.az xəbər verir ki, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının “B” və “C” sektorlarına aid biletlərin hamısı satılıb.

 

Qalan tribunalar üçün biletlər də artıq satılıb qurtarmaq üzrədi. İndiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və satılan biletlərin 45 faizi xarici ölkələrin payına düşür.

 

İlk "onluğ"a Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildi. Azərbaycan Qran-prisi aprelin 27 - 29-da keçiriləcək. 

Tarix: 26 Aprel 18:24    Oxunub: 356    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.