Avropanın ən yaxşı 14 qapıçısından biri Azərbaycandadı

Avropa ölkələrinin milli çempionatlarının yüksək liqalarında ən çox quru oyun keçirən qapıçıların siyahısı açıqlanıb.

 

Sportinfo.az xəbər verir ki, “yüzlüy”ə 10 və daha çox matçda qapısını toxunulmaz saxlayanlar daxil edilib.

 

Hazırda Avropanın ən yaxşısı İspaniya çempionatında 21 quru oyun keçirən Yan Oblakdı. “Atletiko”nun qapıçısı ən yaxın izləyicilərini 3 matç qabaqlayır.

 

 

Cədvəlin üst pillələrində daha çox aparıcı liqaların təmsilçiləri qərarlaşsa da, Kipr və Sloveniya çempionatlarında fərqlənənlər də “onluğ”a düşüb.

 

Topaz Premyer Liqasının rekordçusu olan “Qarabağ”ın qolkiperi İbrahim Şehiç keçirdiyi 15 matçdan 12-də qol buraxmayıb. Bosniya və herseqovinalı bu göstəriciyə nail olan 14 qapıçıdan biridi.

 

Lakin şəriklərindən daha az oyun keçirməsi təmsilçimizi 38-ci olmasına imkan verib. O, hesabında 12 quru oyun olan, lakin daha çox matç keçirən Canluici Donnarumma (“Milan”), Matia Peria (“Cenoa”), Sven Ulrayx (“Bavariya”) kimi əlcək sahiblərini qabaqlayır.

 

Ən çox quru oyun keçirən qapıçılar

1. Yan Oblak (“Atletiko”) – 21 quru oyun/34 matç

2. Bojidar Mitrev (“Levski”) – 18/28

3. Andre Ter-Şteqen (“Barselona”) – 18/32

4. Pepe Reyna (“Napoli”) – 17/33

5. David de Xea (“Mançester Yunayted”) – 17/34

6. Rui Patrisio (“Sportinq”) – 16/31

7-8. Ederason Moraes (“Mançester Siti”) – 16/33

Bruno Vale (“Apollon”) – 16/33

9. Samir Handanoviç (“İnter”) – 16/34

10. Yasmin Handanoviç (“Maribor”) – 15/26

Tarix: 26 Aprel 18:12    Oxunub: 601    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.