Nazirin klubu buna görə Premyer Liqadan imtina etdi

I Divizionda debüt edən «Sabah» AFFA-ya müraciət ünvanlamağa hazırlaşmır.

 

Sportinfo.az-ın məlumatına görə, yeni yaranmış klub növbəti mövsümü də aşağı dəstədə keçirməyi planlaşdırmır.

 

Bu, vergilər naziri Mikayıl Cabbarovun qərarıdı. O, öncəliyi infrastrukturla bağlı problemlərə və onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.

 

Nazirin göstərişlərindən biri klubun Zağulbada məskunlaşmasıyla əlaqədardı. Ötən il Təhsil Nazirliyi tərəfindən burda idman kompleksi tikilib.


İkinci tapşırıq isə Binə stadionu ilə bağlıdı. Bu arena Fond tərəfindən inşa olunub və Təhsil Nazirliyinin balansına verilib. Nazirlik isə öz növbəsində AFFA ilə uzunmüddətli icarə müqaviləsi bağlayıb.

 

Anlaşmaya əsasən, federasiya stadiondan 30 il ərzində yararlana bilər. Bu anlaşmaya yenidən baxılması gündəmə gəlib. Çünki «Sabah» burdan istədiyi kimi yararlanmaq imkanından məhrumdu.

 

Binədə gün ərzində bir neçə klub meydana çıxır, üstəlik, aşağı yaş qrupları üzrə yığmalar və akademik kaomandalar məşq edir. 


Buranın mayın sonundan etibarən tamamilə «Sabah»ın ixtiyarına verilməsi düşünülür. Həmin tarixdən etibarən stadionda təmir-tikinti işlərinə start verilməlidi. İki tərəfdən tribunaların quraşdırılması və yardımçı meydançaların salınması nəzərdə tutulub.

Tarix: 26 Aprel 18:00    Oxunub: 836    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.