Türkiyə AVRO-2024 üçün ərizəsini UEFA-ya təqdim etdi

Türkiyə Futbol Federasiyası 2024-cu il Avropa çempionatını keçirmək üçün ərizəsini UEFA-ya təqdim edib.

 

Sportinfo.az xəbər verir ki, bununla bağlı UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında mərasim keçirilib.

 

Tədbirdə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən müvafiq ərizəni UEFA-nın baş katibi Teodor Teodoridisə verib. 

 

Daha əvvəl Almaniya Futbol İttifaqı da AVRO-2024 üçün sənədlərini UEFA-ya rəsmən təqdim edib. 1974 və 1988-ci il Avropa çempionatı, həmçinin 2006-ci dünya çempionatı məhz bu ölkədə keçirilib.

 

Türkiyənin əsas milli komandaların iştirakı ilə böyük futbol turnirlərini təşkil etmək istəyi hələ gerçəkləşməyib. Qonşu ölkə AVRO-2016-ya namizədliyini versə də, Fransa qalib olunub. 

 

UEFA İcraiyyə Komitəsi AVRO-2024-ün təşkilatçı ölkəsini bu il sentyabrın 27-də açıqlayacaq. Final turnirinin keçirilməsi üçün 9 və ya 10 stadion bütün tələblərə uyğun olmaldı.

 

2 və ya 3 stadion ən azı 50 min nəfərlik azarkeş tutumuna malik olmalı, həmçinin 3 stadion 40 min azarkeş üçün uyğun olmalıdır. 4 arena isə 30 min tamaşaçı qəbul etməlidir. 

Tarix: 26 Aprel 17:48    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.