Ramin Musayev ad günü işçisi ilə bərabər qeyd etdi - SAZLI FOTOLAR

Bu gün Peşəkar Futbol Liqasında şadyanalıqdı.

 

Sportinfo.az xəbər verir ki, qurumun prezidenti Ramin Musayevin 55, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Elgiz Abbasovun 28 yaşı tamam olur.

 

Bu münasibətlə təşkilatın ofisində ad günü tədbiri keçirilib. Budəfəki ad günündə PFL əməkdaşları ona sürpriz etmək qərarına gəliblər. Belə ki, Musayev Gürcüstanın Borçalı mahalından olduğu üçün PFL əməkdaşları AFFA-ya aşıq gətirib.

 

Bu, onun üçün sürpriz olub. Daha sonra PFL-nin mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev özünün yazdığı yumoristik şeiri səsləndirməklə daha bir sürprizə imza atıb.

 

Ramin Musayev 2004-2008-ci illərdə Rövnəq Abdullayevin prezidenti olduğu “Neftçi”nin vitse-prezidenti vəzifəsində işləyib.

 

Abdullayev AFFA prezidenti olduqdan sonra Musayev həmin qurum daxilində yeni yaradılmış PFL-nin prezidenti təyin olunub.

 

Saytımız adından hər iki şəxsi təbrik edir, onlara gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayırıq.

 

Tarix: 26 Aprel 17:36    Oxunub: 539    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.