Ruslan Abışov: “Qardaşımı bu jestlə təbrik etdik”

Premyer Liqanın 24-cü turu çərçivəsində keçirilmiş “Neftçi” – “Qəbələ” oyununda ev sahiblərinə qələbə gətirən kapitan Ruslan Abışov qolunu qardaşına, yenicə doğulmuş oğluna və azarkeşlərə həsr edib.

 

Sportinfo.az xəbər verir ki, müdafiəçi bunun əlamətdar hadisə olduğunu bildirib:

 

“Ailəmizdə gözəl bir hadisə oldu. Qardaşım Sərxanın oğlu dünyaya göz açdı. Adını Ruslan qoydular, sağ olsunlar.

 

Qolu vurandan sonra Emin Mahmudovla bir yerdə tribunaya yaxınlaşdıq və Sərxanı bu jestlə təbrik etdik. Qolumu onlara, o cümlədən, bizi çətin gündə dəstəkləyən azarkeşlərə həsr edirəm”.

Tarix: 26 Aprel 16:36    Oxunub: 456    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.