"Deyəcəm, bəlkə mənə inanmayacaqsız: çətin vəziyyətdəyəm"

Sportinfo.az "Sumqayıt"ın hücumçusu Amil Yunanovun müsahibəsini təqdim edir:

 

Avroliqa şanslarınızı necə dəyərləndirirsən?

- Şanımız itməyib. Sadəcə "Qarabağ"dan xal almaq istəyirdik, ancaq təəssüf... Onlara da qələbə mütləq idi ki, çempionluqlarını rəsmiləşdirsinlər. Qarşıda 4 oyun var. Həmin qarşılaşmalardan maksimum xalla ayrılıb, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. 

 

"Qarabağ"la son matçın baş hakimi Ömər Paşayevin idarəçiliyi səni qane etdi?

- Hakimlər barədə rəy bildirmək istəmirəm. Mən başımı aşağı salıb, futbolumu oynayırdım, hakimlərin nə etdiyini görmədim. 

 

Sonuncu dəfə 5 tur əvvəl qol vurmusan. Hucumçu üçün olduqca uzun zaman deyil?

- Razıyam, artıq neçə oyundu ki, qol vuran ayağım "tutulub". "Qarabağ"la görüşdə can qoydum ki, komandama xeyirim dəysin, ancaq olmadı. Çalışacağam ki, qarşıdakı 4 turda qol vurum, hücumçu keyfiyyətlərimi yüksək səviyyədə nümayiş etdirim. Deyim ki, öz üzərimdə işləmirəm, yalan olar. İstirahətimə belə zaman ayırıram. Sadəcə, çətin vəziyyətdəyəm. Düşdüyüm bu durumdan özüm çıxacam. Vuracağım qollarla.

 

Mövsümün sonu yaxşı təklif gəlsə, "Sumqayıt"ı tərk edəcəksən?

- Deyəcəm, bəlkə inanmayacaqsız. Səmimi sözümdü ki, hazırda tək düşüncəm "Sumqayıt"dı. Çünki çox əziyyət çəkmişik və bəhrəsini görmək haqda düşünürük. Hazırda fikirləşmirəm ki, daha çox maaş verən komandaya qaçım, müqaviləyə qol çəkim. Düşünmürəm hələ ki... Qarşıda oyunlarımız var, İnşallah uğur qazanarıq.

 

Amil Yunanov cari mövsüm ərzində bir hücumçunun edə biləcəyi hər şeyi etdi?

- Xeyr, mən belə düşünməzdim. Əgər öz oyunuma qiymət verəsi olsam, bu mövsüm çıxışımı bəyənmədim. Hücumçunun işi qol vurmaqdı, daha çox fərqlənə bilərdim. Qismət, İnşallah, öz üzərimdə işləyib, daha güclü olacam.

Tarix: 26 Aprel 16:24    Oxunub: 593    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.