"Kaş ki, bir yerdə oynayardıq" - Ronaldo İbraya dedi

Braziliya millisinin sabiq üzvü Ronaldo Zlatan İbrahimoviçin forma geyindiyi "Los-Anceles Qelaksi"ni ziyarət edib.

 

Sportinfo.az xəbər verir ki, komandanın paltardəyişmə otağına daxil olan veteran futbolçu isveçli hücumçu ilə görüşüb.

 

İbrahimoviçlə səmimi söhbət edən Ronaldo 36 yaşlı forvarda "Kaş ki, bir yerdə oynayardıq" deyib. Zlatan isə öz növbəsində əfsanəvi futbolçuya tərif yağdırıb.

 

İbrahimoviç əvvəlki açıqlamalarının birində Ronaldonun oyun tərzini çox bəyəndiyini və onu özünə kumir hesab etdiyini bildirmişdi.

Tarix: 26 Aprel 16:12    Oxunub: 405    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.