Yeni təklifə "yox" dedi, yayda "Qarabağ"a gəlir?

Cənubi Afrika Respublikasında, “Mamelodi Saundaunz”da oynayan Xama Billiat komandasıyla müqavilə müddətini uzatmayacaq.
 
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın transfer hədəfində yer alan vinger yayda başa çatacaq kontraktını yeniləməyəcək.

 

Bu barədə klubun baş məşqçisi Pitso Mosimane məlumat verib. Onun sözlərinə görə, zimbabveli yeni müqaviləni rədd edib və mövsümün sonunda onunla yollar ayrılacaq. 


Zimbabveli forvardın Misirin “Zemalek” klubundan təklif aldığı söylənilsə də, Cənubi afrikalı jurnalistlərin fikrincə, 28 yaşlı futbolçu karyerasını “Qarabağ”da davam etdirməkdə maraqlıdır. Billiatın istənilən halda Ağdam klubuna keçəcəyi qeyd olunub.


2013-cü ildən "Mamelodi Sandaunz"un formasını geyinən, universallığı ilə seçilən, hər iki ayağı işlən olan Zimbabve millisinin üzvü hücumun cinahlarında və mərkəzində oynayır:

 

«Biz Xama haqda çox danışmışıq. Yenə deyirəm ki, onun komandamızda qalmaq məsələsi bağlanıb. Bu barədə nə qədər sual versəz, yenə eyni cavabı alacaqsız.

 

Billiat üçün darıxacağıq. Ona təklif etdiyimiz yeni müqaviləni qəbul etmədi. Mövsümün sonunda komandanı tərk etməyə hazırlaşır”.

 

Tarix: 26 Aprel 15:48    Oxunub: 561    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.