Rauf: "Ona görə oynamadım, Çempionlar Liqasına baxmadım”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin VI turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov sabiq dünya çempionu Veselin Topalovla heç-heçə oynayıb. 

 

Sportinfo.az xəbər verir ki, partiyadan sonra Rauf Məmmədov maraqlı açıqlamalarıyla diqqəti cəlb edib:

 

"Veselin Topalov dünyanın güclü şahmatçılarından biridir.Karyeramda ilk dəfə Topalovla şahmat taxtası arxasında üz-üzə gəldik.

 

Bu tura qədər hətta blitsdə belə rəqib olmamışıq. İstirahət gününü Topalova qarşı hazırlaşmaqla keçirtdim. Şahmatçılarla futbol oynamadım, hətta axşam Çempionlar Liqasına baxmadım. Oynadığı partiyaları yada salaraq səhv etməməyə çalışırdım.

 

Şəmkirdəki partiya Dortmund turnirində Lekoya qarşı oyunu xatırlatdı. Fikirləşirdim ki, imkan tapan kimi mat edəcək.

 

Heç-heçəni normal qəbul edirəm. Şəmkirdə reytinqə görə sonuncuyam, bununla belə bütün görüşlərdə layiqli mübarizə sərgiləməyə çalışıram".

Tarix: 26 Aprel 14:48    Oxunub: 464    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.