"Real"ın Məhəmməd üçün 200 milyonluq təklifini rədd etdi

"Liverpul"  Məhəmməd Salahı istəyən "Real "ın 200 milyon funt (228,8 milyon avro) məbləğində təklifini rədd edib. 

 

Sportinfo.az xəbər verir ki, "qırmızılar"ın rəhbərliyi misirli hücumçu yay transfer dövründə satmaq niyyətində olmadığını bildirib.

 

"Kral klubu" isə Salahın müqaviləsindəki dəbbə pulu bəndinin olmaması üzündən çətinliklərlə qarşılaşıb. Digər tərəfdən, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Roberto Firmino ilə yanaşı, 26 yaşlı forvardı da komandada saxlamağı planlaşdırır. 

 

"Liverpul" Çempionlar Liqasının ilk yarımfinal oyununda Salah və Firminonun "dubl"ları sayəsində İtaliya "Roma"sını darmadağın edib - 5:2. 

Tarix: 26 Aprel 14:36    Oxunub: 426    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.