“Dinamo” Dadaşovsuz yenə qələbəyə həsrət qaldı

Almaniyanın Şimal-Şərq Regional Liqasında 24-cu turdan təxirə salınmış oyunlar keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Enerji Kotbus” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

 

Cari mövsümdə vurduğu 25 qolla komandasının ən məhsuldar futbolçusu olan Rüfət bu oyunun da iştirakçısı olmayıb.

 

O, ağır zədə aldığından uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. "Dinamo" hazırda 54 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Tarix: 26 Aprel 14:24    Oxunub: 384    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.