Samir Abasov "Sumqayıt"da qalmaq üçün 2 şərt irəli sürdü

Son vaxtlar «Sumqayıt»ın baş məşqçisi Samir Abasovun adı gah «Neftçi», gah «Qəbələ», gah da «Zirə» ilə yanaşı hallanır.

 

Ən real variant sonuncudu.

 

«Qartallar» bu yay Avropa Liqasına vəsiqə qazanmasa, Ayxan Abbasovun postundan uzaqlaşdırılacağı dəqiqdi.

 

Bkakıətrafı qəsəbə təmsilçisinin fikrindən S.Abbasov keçir, amma bizdə olan məlumata görə, «kimyaəçılar» da onu hələm-hələm buraxmaq fikrində deyil.

 

Ona 2+1 illik yeni müqavilə təklif olunacaq və maaşı artırılacaq. Məvacibin qədəri isə… Məlumat üçün bildirək ki, Abbasov 3300 manat əməkhaqqı alır.

 

Bu, 2015-ci ildə qeydə alınan ilk devalvasiyaya qədər dollarla idisə, ondan sonra hesablama yerli pul vahidi ilə aparılıb. Göstərilən məbləğə Premyer Liqada heç kim işləmir.

 

Başqa sözlə, Abasov elita çalışdırıcıları arasında ən az maaş alandı. Təbii ki, bu, «Sumqayıt»ı tarixində ilk dəfə avrokuboklara çıxarmağa yaxın olan mütəxəssisi qane etmir. O, minimum 5500 manat istəyir. 

 

Bu, onun iki tələbindən biridi. Daha bir şərti isə legioner götürülməsinə qoyulan qadağanın ortadan götürülməsidi. «Sumqayıt» 2011-ci ildən Premyer Liqada çıxış edir və bugünədək Berti Foqtsun müəyyənləşdirdiyi strategiyaya sadiq qalıb.

 

Belə ki, «kimyaçılar» mövcud olduğu bu illərdə yalnız Azərbaycan vətəndaşlığı daşıyan futbolçularla müqavilə bağlayıb. Abasovun tələbi 7 ilə yaxındı davam edən strategiyanın dəyişməsidi.

 

O, klub rəhbərliyinə bildirib ki, yalnız yerlilərə güvənməklə nəticə qazanmaq zülmdü. Çünki istədiklərinin heç də hamısı «Sumqayıt»a gəlmir. 


SPORTİNFO.AZ

Tarix: 26 Aprel 14:12    Oxunub: 769    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.