"Olduqca axmaq qol buraxdıq, ancaq əlimizi yanımıza salmırıq"

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında “Real”la keçirilən ilk oyundan (1:2) sonra fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, Haynkes “Real”a qolları hədiyyə etdiklərini deyib.

 

O, iki futbolçularının zədələnməsinin də oyunlarına təsir etdiyini vurğulayıb: “Biz hər iki qolu onlara hədiyyə etdik. Ancaq özümüz də xeyli imkan yaratdıq, amma yararlana bilmədik.

 

Nə çatmadı? İkinci qolu vura bilmədik, Robbenlə Boatenqin zədələnməsi isə bizə böyük problem yaratdı.

 

Fasilə ərəfəsində olduqca axmaq qol buraxdıq. Ancaq əlimizi yanımıza salmırıq. Qarşıda daha bir 90 dəqiqə var”.

Tarix: 26 Aprel 13:48    Oxunub: 365    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.