“Qara siyahı”da millimizin hücumçusunun adı yoxdu

“Trabzonspor” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Xəbərdə Qaradəniz təmsilçisinin mövsümün sonunda yüksək ödənişli futbolçulardan bir neçəsi ilə yollarını ayıracağı qeyd edilib. “Bordo-mavilər”in yollarını ayıracağı futbolçular arasında Xose Sosa, Yuray Kuçka, Olcay Şahan, Esteban Alvarado və “Karabükspor”a icarəyə verilən Luis İbanesin adı yer alıb.

 

“Trabzonspor”un bu futbolçuların göndərilməsi ilə illik 30 milyon avro qabağa düşəcəyi vurğulanıb. Bundan başqa, müqavilə müddəti bitəcək Yan Duritsa və Dame N Doye ilə yeni müqavilə bağlanmayacaq.

 

Hazırda “Qarabağ”da icarədə olan millimizin hücumçusu Ramil Şeydayev müqavilə ilə “Trabzonspor”a məxsusdu. Türkiyəli həmkarlarımızın açıqladığı “qara siyahı”da isə millimizin üzvünün adı yoxdu.

 

Qaradəniz təmsilçisinin mövsümün sonunda bir çox futbolçu ilə yollarını ayırması və klubun transfer cəzası olması, gənc hücumçumuzun növbəti mövsümdə müqaviləylə məxsus olduğu komandaya qayıtmaq ehtimalını artırır.

Tarix: 26 Aprel 13:24    Oxunub: 485    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.