Azərbaycan millisi Avropa çempionatına start verir - VİDEO

Bu gün İsrailin Təl-Əviv şəhərində cüdo üzrə kişi və qadınlar arasında Avropa çempionatına start veriləcək. 

 

Sportinfo.az xəbər verir ki, üç gün davam edəcək yarışa 44 ölkədən 368 cüdoçu (215 kişi, 153 qadın) qatılacaq.

 

Azərbaycan cüdoçuları ötənilki yarışı 2 qızıl, 3 bürünc medalla başa vurublar. Millimizi indi 9 kişi və 7 qadın olmaqla, 16 tatami ustası təmsil edəcək. İlk yarış günündə onlardan 9-u qüvvəsini sınayacaq. Cüdoçuların hamısı mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar.

 

Kişilərdən 60 kq çəki dərəcəsindəki Vüqar Şirinli rusiyalı olimpiya və ikiqat Avropa çempionu Beslan Mudranovla, 66 kq çəkidəki Avropa və dünya çempionatlarının mükafatçısı Orxan Səfərov xorvatiyalı Bernard Azinoviçlə, Nicat Şıxəlizadə moldovalı Denis Vyeru ilə üz-üzə gələcək.

 

Qadınlardan 48 kq-da cüdoçu Əliyeva Leyla sloveniyalı Marusa Stanqarı, Bazarraqça Erdenebat türkiyəli Dilara Lokmanhekimi, 52 kq-da Buyanxişiq Purevsuren norveçli Madelene Rubinşteyni, Gültac Məmmədəliyeva türkiyəli İrem Korkmazı, 57 kq-da Ülviyyə Rəhimli polşalı Anna Borovskanı, İçinxorlo Munxtsedev kosovolu Nora Qyakovanı sınağa çəkəcək. 

 

Tarix: 26 Aprel 13:00    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.