"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VII turun görüşləri keçiriləcək. 

 

Sportinfo.az xəbər verir ki, hesabat turunda Azərbaycanın iki qrossmeysteri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.

 

Rauf Məmmədov ağ fiqurlarla hollandiyalı Aniş Giri ilə görüşəcək. Yarışın bolqarıstanlı lideri Veselin Topalov qara fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

 

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

David Navara (Çexiya) - Dinq Liren (Çin)

Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya)

Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan)

Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya)

 

İlk 6 turdan sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3,5 xalla 2-3-cü yerləri bölüşdürürlər.

 

Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin hərəyə 3 xalla 4 - 7-ci pillələrdə qərarlaşıblar.

 

Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2,5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu sırada yer alıb.

Tarix: 26 Aprel 12:48    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 May 2018
23 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.