Azərbaycan kubokunda 1/4 final cütləri müəyyənləşdi

Futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, 1/8 final mərhələsinin oyunlarından sonra mübarizəni davam etdirəcəyi dəqiqləşən 8 komanda 4 cütlük təşkil edib.

 

Bunların birində iki Yüksək Liqa komandası – “Marafon Futsal” və “FK. İtaldizain” üz-üzə gələcək. Elita klublarından ikisinə - “Araz” və EKOL-a aşağı dəstə təmsilçisinə gücünü göstərmək lazım gələcək.

 

 

Bir cütdə isə aşağı liqa təmsilçilərinin dueli baş tutacaq. “Hell Energy” və ADBTİA yarımfinala vəsiqə üçün mübarizə aparacaq.

 

 

“Araz” - “Yasamal-2” 
“Marafon Futsal” - “FK. İtaldizain Futsal” 
VİP FK – EKOL 
“Hell Energy” - ADBTİA

Tarix: 26 Aprel 12:00    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.