Millinin formasını geyindiyini dərk et, ey futbolçu!

Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığmamız növbəti oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb.

 

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

 

Aprelin 27-də keçiriləcək növbəti oyunda yığmamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşacaq.

 

Millimiz ilk oyununda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşmışdı - 1:1.

 

Azər Məmmədov Gürcüstan komandasına qarşı keçirilmiş oyunla bağlı açıqlama verib: "Beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar.

 

Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsanlar var. Gürcüstan yığması oyunu əsasən müdafiədən qursa da, oyun intizamı yüksək səviyyədə idi.

 

Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Milli komandada oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harada olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdu, çalışmalıyıq”.

Tarix: 26 Aprel 10:48    Oxunub: 530    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.