"O, gələndə depressiyada idi, biz onunla xeyli söhbət etdik"

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Xames Rodriges barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Haynkes Rodrigesin “Bavariya”ya adaptasiya prosesini xatırlayıb.

 

Xames “Real”dan “Bavariya”ya 2017-ci ilin yayında 2 illik icarə əsasında keçib. O, kolumbiyalı futbolçunun “kral klubu”ndan gələrkən depressiyada olduğunu bildirib:

 

“Onun oyunu fanatların xoşuna gəlir.  Fantaziyası var, meydanı yaxşı görür. O, “Real”dan gələndə depressiyada idi. Biz onunla xeyli söhbət etdik. Yavaş-yavaş onda özünəinam hissi bərpa olundu.

 

Xames Münhenə alışıb, bura onun xoşuna gəlir. O, alman dilini öyrənir. İspandillilər üçün bunu etmək çox çətindi. Ancaq biz hazırda onunla almanca ünsiyyət qura bilirik”.

Tarix: 26 Aprel 10:24    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 May 2018
24 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.